• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1621
— 12.05.2017 10:39

ABŞ-ın kosmosa hərbi məqsədlə göndərdiyi pilotsuz aparat geri qayıtdı

ABŞ-ın Hərbi Hava Qüvvələri orbital X-37B uçan pilotsuz aparatının eniş video görüntülərini yayıb. O, orbitdə 718 gün keçirib. Hazırda Amerika hərbçiləri və Boeing aviatikinti konserni yerə enən aparatı araşdırmaqla məşğuldur. X-37B pilotsuz uçan aparatı kosmosa 2015-ci ilin may ayında çıxarılmışdı. Amerikalı həbrçilər onun orbitdə hansı taşırıqları yerinə yetirdiyini açıqlamayıblar. X-37B proqramının bütün detalları praktiki gizli saxlanılıb. Bilinən odur ki, qurğu orbitə süni mikropeyklər çıxarmaq qabiliyyətindədir. İndiyə qədər hər iki X-37B aparatı orbitə 4 uçuş həyata keçirib. Ümumi hesabla onlar kosmosda 2085 sutka olublar. Uçan aparatın ilk uçuşu isə 2010-cu ildə baş tutmuşdu, həmin pilotsuz qurğu apreldən dekabra qədər göydə işini görüb. Kosmosa ikinci çıxış 2011-ci ilin mart ayından 2012-ci ilin yanvar ayına qədər, üçüncü çıxış isə 2012-ci ilin dekabrından 2014-cü ilin oktyabrına qədər qeydə alınıb. X-37B-in uzunluğu 8,8 metr, qanadları isə 4,5 metrdir. Qeyri-rəsmi məlumatlara görə, bu cür təxminən 5 tonluq aparatlar kosmosda kəşfiyyat xarakterli işlər görmək üçündür.

Cavanşir Məmmədzadə