• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1361
— 12.05.2017 15:37

Bu gündən Bakıda 4-cü İslam həmrəyliyi Oyunları rəsmi olaraq start götürəcək

Mayın 22-dək davam edəcək mötəbər yarışın saat 21:00-da təntənəli açılış mərasimi keçiriləcək ki, bununla da islamiada rəsmən başlayacaq. İslamiadanın açılış mərasimi Bakı Olimpiya Stadionunda baş tutacaq. Tədbirin təşkilinə 5000-dən çox insan cəlb olunub və bunların 2200-ü yerli könüllülərdi. Ümumilikdə 4-cü İslam Həmrəyliyi oyunlarında 21 idman növü üzrə 54 dövlətin 6 000-ə yaxın idmançısı mübarizə aparacaq. 16 idman qurğusunda reallaşacaq yarışlarda 269 dəst medal sahibinə qovuşacaq.

Orxan Cəfərzadə