• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 906
— 12.05.2017 15:21

Havalar isinəcək

KepezTV Player

Bir neçə gündür ki, qərb bölgəsində davam edən qeyri- sabit hava şəraiti sabahdan etibarən yerini mülayim hava şəraiti ilə əvəzləyəcək. Ancaq bu gün axşam saatlarında dağlıq və dağətəyi ərazilərə yağış və dolu yağması da proqnozlaşdırılır. Milli Hidrometeorologiya Departamentinin Gəncə Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata əsasən bu gün Gəncə və ətraf rayonlarda havanın temperaturu ötən ilin normasından 3-5 dərəcə aşağı olacaq. Gəncədə nisbi rütubət 65%, atmosfer təzyiqi isə 989 milli metr civə sütunu təşkil edəcək.

Musa Şükürov- hidrometeoroloq: “May ayının 13-dən başlayaraq havanın temperaturu əvvəlki günlərlə müqayisədə artacaq. Hətta +25, +28 dərəcə istilik qeydə alınacaq. Mülayim və yağmursuz hava şəraiti olacaq, temperatur normaya uyğun olaraq isti keçəcək”.

Xaliq Qurbanlı