• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2009
— 12.05.2017 15:19

Silsilə oğurluq edənlər saxlanıldı

KepezTV Player

Xaçmazda Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxslər saxlanılıb.

Xaçmaz şəhər sakini Zaur Zeynalov polisə müraciət edərək, ona məxsus mağazadan ümumi dəyəri 231 manat olan 33 ədəd toyuğunun oğurlandığını bildirib. Həmin gün Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini Seyidəliyev Mübariz Seyidbala oğlunun da velosipedi oğurlanıb. Hər iki fakt üzrə keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində hadisənin Xaçmazın Köhnə Xaçmaz kənd sakini Nəbiyev Asəf Bəybala oğlu tərəfindən törədildiyi müəyyənləşib.

Xaçmaz polisinin keçirdiyi digər əməliyyat nəticəsində şəhər sakini Dəyanət Tağıyevə məxsus mağazadan 600 manat dəyərində istilik sistemlərini oğurlayan iki nəfər də saxlanılıb. İstintaq tədbirləri zamanı oğurluğun Qafarov Röyal Aslan oğlu və Qədirov Orxan Mahmud oğlu tərəfindən törədildiyi müəyyənləşib.

Hər iki faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı