• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1016
— 12.05.2017 15:17

Yıxılaraq xəsarət aldılar

KepezTV Player

Samux rayonunda bədbəxt hadisə baş verib. Rayon sakini 33 yaşlı Ramiz Məmmədov meyvə dərərkən ağacdan yerə yıxılıb. O, xəsarətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Kürdəmir sakini də yıxılaraq ağır xəsarət alıb. Hadisə rayonun Söyüdlər kəndində baş verib. Kənd sakini,45 yaşlı Əbil Cəfərov evini damını təmir edərkən ehtiyatsızlıq nəticəsində yıxılıb. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək məqsədi ilə paytaxta göndərilib.
 

Zülfiyyə Telmanqızı