• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 12.05.2017 15:14

Qadını uşaqlarının gözü qarşısında bıçaqladı

KepezTV Player

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib. İnsident şəhərin Ağaməmmədli, 13 ünvanında qeydə alınıb. Ailə münaqişəsi zəminində 44 yaşlı Kamil Süleymanov həyat yoldaşı Pərvanə Hüseynovanı bıçaqlayıb. İki bıçaq yarası alan qadın elə onu bıçaqlayan əri tərəfindən xəstəxanaya çatdırılıb. Bıçaq zərbəsi dərinə işlədiyindən yaralı təcili əməliyyat olunub. Hadisə baş verən zaman cütlüyün 3 övladı da evdə olub. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Zülfiyyə Telmanqızı