• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 12.05.2017 14:07

Qəzaya düşən şəxs xəstəxanada öldü

KepezTV Player

Bir neçə gün öncə qəzaya düşən şəxs ötən gün dünyasını dəyişib. Belə ki, mayın 9-da saat 18 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində Ağdaş rayon sakini İlqar Əliyev idarə etdiyi "Mitsubishi" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Zülfiyyə Telmanqızı