• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1981
— 11.05.2017 15:59

Vergilər Nazirliyinin təşəbbüsü ilə məktəblilər arasında keçirilən ümumrespublika inşa yazı və rəsm müsabiqəsi qalibləri məlum olub

KepezTV Player

Gəncədə Vergilər Nazirliyinin təşəbbüsü ilə məktəblilər arasında keçirilən  ümumrespublika  inşa yazı və rəsm müsabiqəsinin zona birinciləri bəlli olub. 14 ildir təşkil olunan müsabiqə vergi qanunlarının cəmiyyətdə təbliği, həmçinin gələcək vergi ödəyiciləri olan şagirdlərə onların anlaya biləcəyi formada çatdırılması məqsədini daşıyır. Zona birinciliyinin qalibi olan şagirdlər nazirliyin Şamaxı rayonunda yerləşən tədris mərkəzində keçiriləcək respublika birinciliyində iştirak edəcəklər.

Orxan Balayev- 12 saylı Ərazi Vergilər Departamentinin şöbə rəhbəri: “Vergilər Nazirliyi mütəmadi olaraq cəmiyyətdə vergi qanunvericiliyinin, vergi anlayışının təbliği ilə məşğul olur. Eləcə də uşaqlar arasında. Onların bu prosesləri dərk etməsi təbii ki, gələcəkdə onlar nümunəvi vergi ödəyicisi və vergi işçisi ola bilərlər. Bu gündən başlayaraq onların vergi ilə bağlı düzgün istiqamətdə formalaşmalarına xidmət edirik”.

Tacirə Qurbanzadə- müsabiqənin qalibi: “Mən gələcəkdə vergi ödəyicisi kimi öz qanunlarımı bilməliyəm. Həmçinin deyə bilərəm ki, bu qanunları bilməklə məsuliyyətli vətəndaş olub dövlətimə xidmət etməliyəm”.

Nicat Abdullazadə- müsabiqənin qalibi: “Mən 10 ilə yaxındır ki, rəsmlə məşğul oluram. Mən öz rəsmlərimdə daima vətənpərvərlik və dövlət işləri mövzusunda işləyirəm. Və gələcəkdə də ümid edirəm ki, bir memar kimi nümunəvi vergi ödəyicisi olacam”.    

 

Elton Cabbarlı