• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 11.05.2017 12:47

Üç avtomobil toqquşdu, biri yanaraq yararsız hala düşdü

KepezTV Player

Bakı-Qazax magistralında zəncirvari qəza baş verib. Yevlax rayonu ərazisində qeydə alınan hadisə zamanı Kəlbəcərdən olan məcburi köçkün Etibar İsayev idarə etdiyi "VAZ 21-07" markalı avtomobillə "Mersedes" markalı maşını vurub. Qəzaya düşən avtomobilə magistralda hərəkət edən, dövlət qeydiyyat nömrə nişanı olmayan "Niva" çırpılıb. Bu zaman "VAZ 21-07" yanaraq yararsız hala düşüb. Hadisə yerinə yanğınsöndürənlər çağrılıb, alovun qarşısı alınıb. Əraziyə gələn təcili tibbi yardım stansiyasının əməkdaşları həyəcan keçirən sərnişinlərə yardım göstəriblər. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı