• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1189
— 11.05.2017 12:13

İlan onu ayaqlayan kişini sancdı

KepezTV Player

Qaxda ilansancma faktı qeydə alınıb. Rayonun Almalı kəndində yaşayan, əslən Kəlbəcər rayonundan olan 40 yaşlı Yaşar Həşimovu qoyun otaran zaman ərazidəki ilanı görməyib və onu ayaqlayıb. Bu zaman sürünən onu sancıb. Zərərçəkən dərhal yaxınlarına zəng vurub və onu Qax rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. Yaşar Həşimova lazımi tibbi yardım göstərilib, zəhər əleyhinə zərdab vurulub. Vəziyyəti orta-stabildir. 

Zülfiyyə Telmanqızı