• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 11.05.2017 11:31

Bu axşam UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək

Bununla Stokholmdakı final qarşılaşmasına yollanacaq komandaların adları məlum olacaq. Bu mərhələnin ən çox maraq doğuran görüşündə “Mançester Yunayted” evdə “Selta”nı qəbul edəcək. Digər cütdə isə Lion doğma publika önündə “Ayaks”la münasibətlərinə aydınlıq gətirəcək. Hər iki oyun Bakı vaxtilə saat 23:05-də başlayacaq.

Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək.


Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları

11 may

23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya)
İlk oyun – 1:0

23:05. "Lion” (Fransa) – "Ayaks” (Hollandiya)
lk oyun – 1:4

 

Orxan Cəfərzadə