• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 10.05.2017 18:00

Gəncədə "Evdar xanımların sahibkarlığa cəlb olunması" istiqamətində 2 günlük seminar başa çatıb

KepezTV Player

Orta və kiçik bizneslə məşğul olan mütəxəssislər tərəfindən keçirilən təlimlərdə gənc xanımlara uğur qazanmağın yolları öyrədilib. Onlara biznesin planlı şəkildə qurulması aşılanıb. Təlimləri uğurla başa vuran 40 gənc xanıma  sertifikatlar təqdim olunub. "Evdar xanımların sahibkarlığa cəlb olunması” layihəsi Gəncə şəhərindən sonra Samux, Goranboy və Şəmkirdə də həyata keçiriləcək. 

Zemfira Ağayeva-  “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri: “Bu bir çox uğurlu layihə olacaqdır. Təlimlər başa çatan kimi 5 xanımımız sahibkarlığa başladı və biz buna sevinirik. Bu da onu göstərir ki, bu kimi təlimlər sahibkar olmaq istəyən gənc xanımlarımızda həvəs oyadır, bu da təqdirəlayiqdir”.

Xaliq Qurbanlı