• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 10.05.2017 12:44

Gənc naməlum şəraitdə bıçaqlandı

KepezTV Player

Abşeron rayonunda gənc naməlum şəraitdə bıçaqlanıb. Hadisə Xırdalan şəhər bazarının yaxınlığında baş verib. 25 yaşlı Zahid Həsənzadə axşam saatlarında evinə gedərkən tanımadığı şəxs tərəfindən bıçaqlanıb. İki bıçaq xəsarəti alan yaralı hadisə şahidlərinin köməyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı