• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1372
— 10.05.2017 12:41

"KAMaz" yolu keçən əlil şəxsi vurdu

KepezTV Player

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. Kürdəmir rayon sakini 63 yaşlı Sergey Pənahov idarə etdiyi "KAMaz" markalı avtomobillə yolu keçən şəhər sakini, iki ayagından əlil olan 47 yaşlı Şahin Əliyarovu vurub. Ağır bədən xəsarətləri alan piyada ətrafdakı insanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, piyada orada ölüb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Zülfiyyə Telmanqızı