KepezTV Player
Cəlilabad rayonunda 9 yaşlı uşaq suda boğulub. Hadisə ötən gün axşam saatlarında şəhərin ərazisindən keçən Mişarçay çayında qeydə alınıb. Belə ki, Cəliabad şəhəri, Mikayıl Müşfiq küçəsi ev 6-da yaşayan Hacı Həsənli ehtiyatsızlıqdan çaya düşüb və suda boğulub. Hacı Həsənlinin cəsədi sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 448