• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 10.05.2017 11:58

Qərb bölgəsinin rayonlarında Heydər Əliyevin doğum günü təntənə ilə qeyd olunub

KepezTV Player

Bölgələrin inkişafı, aqrar sahədə məhsul bolluğu, geniş vüsət alan abadlıq işləri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Anadan olmasının 94-cü ildönümünü hörmət və ehtiramla qeyd edən Şəmkir, Göygöl və Samux sakinləri gördüyü işləri minnətdarlıqla yada salıblar.

Şəmkirlilər ümummilli lider Heydər Əliyevin rayona etdiyi 5 səfəri, Şəmkirin sosial, iqtisadi və mədəni həyatında inkişafa yönələn addımlarını bu gün də minnətdarlıqla xatırlayır. Dahi şəxsiyyətin anadan olmasının 94-cü ildönümü ilə bağlı həmrəylik nümayiş etdirən rayonun minlərlə sakini ulu öndərin ruhuna ehtiramlarını nümayiş etdiriblər. Əbədiyaşar liderin zəhmətkeş insanlarla görüşləri xoş xatirələrlə yada salınıb. Heydər Əlieyvin açılışında iştirak etdiyi müxtəlif təyinatlı obyektlərin bu gün də rayon əhalisinin güzəranının yaxşılaşmasına xidmət etdiyinə diqqət çəkilib.

Göygöl sakinləri də ümummilli liderin xatirəsini ehtiramla yad edib. Heydər Əliyevin abidəsi önündə izdiham yaşadan göygöllülər dünya şöhrətli siyasətçi, türk dünyasının böyük oğlunun ictimai siyasi fəaliyyətindən söz açıblar. Ulu öndərin Göygölün inkişafında, rayonda kənd təsərrüfatı ilə yanaşı, sənayenin də dirçəldilməsində xidmətləri xatırladılıb. Göygöldə yeni istehsal və emal müəssisələrinin yaradılması ilə rayon sakinlərinin işsizlik problemi aradan qaldırılıb. Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə tər-çiçəklər düzərək əbədiyaşar xatirəsini hörmətlə anıblar.    

Samuxda isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münaisbəti ilə yaşıllıq aksiyası keçirilib. İstirahət məkanları, parklara və yol kənarlarına yerli iqlim şəraitinə uyğun çinar, şam, küknar kimi ağaclar əkilib. İstirahət güşələrinə basdırılan yeni gül kolları rayonun estetik gözəllik yaradıb. Rayon ictimaiyyətinin nümayəndələri ulu öndərin abidəsini ziyarət edərək ruhu qarşısında baş əyiblər. Keçirilən konfransda Heydər Əliyevin mənalı ömür yolu, fəaliyyətindən danışılıb, etdiyi səfərlər xatırlanıb, rayonun inkişafı istiqamətində atdığı addımlardan minnətdarlıqla söz açılıb.

Natiq Hüseyn