• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2407
— 10.05.2017 11:05

Peugeot 308 yeniləndi və 8 pilləli “avtomat” qazandı

Peugeot şirkəti rəsmi şəkildə yeni 308 heçbekini təqdim edib. Model indi təzə dizel və 8 pilləli avtomatik sürət qutusu ilə hərəkətə gəlir. Yenilənmiş heçbek restaylinqə qədərki versiyadan, markanın emblemi olan radiator barmaqlığına görə seçilir. 308-də qabaq bamper də dəyişib və yeni tamamilə işıq diodlu faralar meydana gəlib. Salon əvvəlki kimi qalıb. Bundan öncə şayiələr gəzirdi ki, Peugeot 308 ikinci nəsil i-Cockpit interyeri qazanacaq. Ancaq heçbekdə tək yenilik real vaxtda tıcaxları göstərən TomTom servisini dəstəkləyən naviqasiya və smartfonu təqlid edən Mirror Screen funksiyalı multimedia sistemidir. Yeni 8 pilləli avtomatik sürət qutusu 180 at güclü dizel mühərrik üçün keçərlidir. Standart versiyadan daha bir fərqli cəhət yeni “ağır yanacaq”la işləyən 130 at güclü 4 silindrli aqreqatın olmasıdır. 308-in motor qammasında modernizə edilmiş 130 at güclü mühərrik də var ki, o da 6 pilləli mexaniki sürət qutusu ilə vəhdət təşkil edir. Təchizatda yer almış kruiz-kontrol avtomatik transmissiyalını tamamilə dayandırmaq imkanına sahibdir, mexaniki sürət qutusu olan versiyada isə sürət 30 km/saata enəcək. Bundan başqa maşında yol nişanlarını izləyən və qarşıdan toqquşmanı öncədən xəbər verən sistemlər də var.

Cavanşir Məmmədzadə