• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1073
— 10.05.2017 11:04

Haval H9 dizel motor əldə etdi

Çinin Haval şirkəti özünün ən böyük ofroudunun yenilənmiş variantını görüntüləyib. Modeldə xarici görünüş dəyişilib və dizel motor peyda olub. Yolsuzluq maşını yeni ön bamper, fərqli radiator barmaqlığı, adi ayaqaltlıqlar əvəzinə hərəkət edən ayaqaltı ilə təmin edilib. Sonuncular qapı açılarkən avtomatik hərəkət edir. Spidometrli və bortkompüterli, rəngli 7 düymlük ekranı isə salonu daha cəlbedici edir. Mərkəzi tunel də düzəlişə məruz qalıb, burada adi avtomatik ling yerinə, elektron keçirici quraşdırıblar. Avtomobilin təchizat siyahısına avtoparkinq, adaptiv kruiz-kontrol və hərəkəti izləyən sistem daxildir. Yeni iki litrlik 190 at güclü dizel ZF adlı 8 pilləli avtomatik sürət qutusu ilə birləşir. 2,0 litrlik benzin mühərrik indi 33 at gücü artaraq 251 at gücü olub. O da eyni transmissiya ilə işləyir. Yenilənmiş Haval H9 Çində mayın sonlarından satışa çıxarılacaq.

Cavanşir Məmmədzadə