Ancaq bu əməlləri törədən digər şəxslər kimi onlar da çox uzağa qaça bilmədilər. Paytaxt polisi bu şəxslərin başqasının hesabına pullanmaq sevdasına düşənlərin arzusunu ürəyində qoydu.
Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Nərgiz Lətifovanın Qum Adası yaşayış massivindəki fərdi yaşayış evindən 1 ədəd 1200 manat dəyərində noutbuku oğurlayanlar saxlanılıb. Məlum olub ki, cinayət əməlini törədənlər əvvəllər məhkum olunmuş Gürcüstan vətəndaşı Polad Şabanov və Tariyel Həsənəliyevdir. Saxlanılan şəxslər ifadələrində qeyd edilən hadisədən başqa Suraxanı rayonu ərazisində evlərdən oğurluq etdiklərini də etiraf ediblər.
Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 604