Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq edən Masazır qəsəbə sakini Cəlil Quliyev saxlanılıb. Aparılan tədbirlərlə onun ötən il dekabrın 19-da rayon ərazisində “Qurtuluş 93” yaşayış kompleksində vətəndaşlardan birinə məxsus "Toyota" markalı avtomobildən 20 000 manat pul oğurladığı müəyyən edilib.
Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində onun bu ilin fevral ayının 20-də Abşeron rayonu ərazisində başqa bir “Land Rover” markalı avtomobilin şüşəsini sındıraraq maşının içində olan gödəkçənin cibindən 640 manat pul oğurladığı da məlum olub. Faktlarla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 491