• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 09.05.2017 13:21

Güclü külək Gəncədə fəsadlara yol açıb

KepezTV Player

Gəncədə qəfildən başlayan güclü külək şəhər təsərrüfatında fəsadlara yol açıb. Təbiət hadisəsi nəticəsində şəhərin Üzeyir Hacıbəyov prospektində avtobus dayanacağı yerindən qoparaq avtomobil yoluna düşüb. Nəticədə iki tərəfli yolun bir hissəsində avtomobillərin hərəkəti çətinləşib. Güclü külək həmçinin şəhərin Atatürk prospektində yerləşən beşmərtəbəli yaşayış evinin və Dədə Qorqud küçəsində 2 yaşayış binasının dam örtüklərini uçurub. Binaların qarşısına düşən dam örtükləri xəsarətlərə səbəb olmayıb. Əsən külək çox illik ağacları da aşırıb. Şəhərin Mahrasa bağı adlanan ərazisində qırılan ağac fərdi yaşayış evinin damını yararsız hala salıb. Bundan başqa Gəncənin 4 müxtəlif yerində yaşı 40-dan çox olan çinar ağacları aşıb. Ağaclardan biri isə Heydər Əliyev prospektində yola düşüb, Nəticədə yol bağlanıb və avtomobillərin hərəkəti məhdudlaşıb. Aidiyyəti qurum əməkdaşlarının müdaxiləsi ilə aşan ağac yoldan götürülüb, hərəkət bərpa olunub. Şəhər Fövqəladə Hallar Komissiyası dəyən ziyanla bağlı araşdırma aparır.

Rizvan Quliyev - Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu: “Qısa bir zamanda baş vermiş külək ciddi fəsadlar törədib. Şəhərin müxtəlif yerlərində, o cümlədən H.Əliyev prospektində və Nöyüdçülər deyilən ərazidə yaşı 40- dan çox olan Çinar ağaclarını aşırıb. Çalışırıq bütün yıxılan ağacları qısa müddətdə zərərsizləşdirək”.

Elton Cabbarlı