Qəhrəman... ad nə qədər hökümlü olsa da, əməl bir o qədər əksdir. Bu şəxs özgə pulu ilə, daha doğrusu dünyasını dəyişən birinin yas pulu ilə qazanc əldə etmək istəyib. Fəqət Qəhrəmanın "qəhrəmanlığı" əməlini yarım qoyub, yas pulu yığan şəxsi isə yarımcan...
Bərdənin Dəymədağlı kəndində yaxın qohumunun yas mərasiminin pulunu yığan 32 yaşlı Fikrət Əsədov həmkəndliləri tərəfindən döyülüb. Hadisəyə səbəb yas dəftərindən kənd sakini Qəhrəman Kərimovun oğurluq etmək istəyi olub. Fikrət, Qəhrəmanın bu "qəhrəmanlığ"ının qarşısını alımaq istəyəndə, mübahisələri yaranıb. Daha sonra Kərimovun övladları Yalçın və Bəbir qardaşları Fikrət Əsədovu kəndin kənarındakı əkin sahəsinə apararaq, küt alətlə ağır bədən xəsarətləri yetiriblər.
Hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində olan Fikrət Əsədovun vəziyyətini həkimlər orta-ağır kimi qiymətləndirirlər. Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşları araşdırma aparırlar.
Zülfiyyə Telmanqızı
- Baxış: 793