• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2041
— 09.05.2017 12:57

Sərxoş sürücü polisə çətin anlar yaşatdı

KepezTV Player

Sərxoş olub sükan arxasına keçən sürücü həm özünün, həm də başqalarının həyatına təhlükə altına qoyur. Ancaq Bakıda qəza törədən kişi bunun fərqində deyil.

Baş verən hadisəyə təəssüflənmək yerinə, itən telefonunun hayına qalan bu sürücü paytaxtın Nəsimi rayonu, Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qəza törədib. Sərxoş vəziyyətdə olan 51 yaşlı Telman Hüseynovun idarə etdiyi BMV markalı maşın yolda olan digər bir minik maşınına çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Əraziyə gələn yol patrul xidmətinin əməkdaşları sürücünü sərxoşluğun müəyyən edilməsi üçün tibb müəssisəsinə aparmaq istəsələr də Telman Hüseynov buna mane olub. 

Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı