• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1158
— 08.05.2017 23:46

Gədəbəydə 55 yaşlı kişini avtomobil vuraraq xəstəxanalıq etdi

Gədəbəy rayonunun Qoşabulaq kəndində ağır yol qəzası qeydə alınıb. Heyvanlarını dağa aparan kənd sakini, 55 yaşlı Mərdan Rəcəbovu avtomobil vurub. O, Şəmkir Rayon Mərkəzi Xəstəxanaya aparılıb. Lazımi tibbi yardım göstərilən şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.