• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 08.05.2017 15:36

Xocalıdan olan məcburi köçkün: “Biz Şuşaya da, Kosalara da qayıdacağıq”

KepezTV Player

Xocalıdan olan məcburi köçkünlər strateji əhəmiyyətə malik Kosalar kəndinin ermənilər tərəfindən işğalı səbəbindən bir araya gəlib. Dağlıq Qarabağda axırıncı işğal olunan kənd Xankəndi və Kərgicahanın yaxınlığında yerləşib və 25 il bundan öncə erməni hərbi birləşmələrinin 4 istiqamətdən hücumuna məruz qalıb. Ağır döyüşlərdən sonra düşmən 1300 sakini olan Kosaları ələ keçirməyə müvəffəq olur. 24 nəfərin ölümü, 4 nəfərin girov götürülməsi, 40-dan çox şəxsin yaralanması bahasına. İndi Kosalar kənd sakinləri Gəncədəki qəsəbədə məskunlaşıb və aprel döyüşlərində olduğu kimi ordumuzun gücünə inanaraq torpaqlarımızın işğaldan azad ediləcəyinə əmindirlər. 

Kamran Məmmədov- Kosalar kənd sakini: “8-i günü Kosalar kəndində elə bir döyüş getdi ki, igid oğullar erməniyə divan tutdu. Biz məğlub olmamışdıq. Amma indi ki, ordumuza mən bir ağsaqqal kimi, veteran döyüşçu kimi inanıram ki, biz Şuşaya da, Kosalara da qayıdacağıq”.

Qəhrəman Ələkbərov- ikinci qrup əlil, keçmiş döyüşçü: “Qayanın üstündən başımı qaldıranda ermənilərin gülləsi başıma dəydi. Biz döyüşdük, istəmirdik ki, kəndimiz işğal olsun. Həmin vaxtı biz baxdıq ki, Şuşadan alov qalxır, Şuşa işğal olunur”.

Elnur Vahidoğlu