• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1305
— 08.05.2017 13:40

Oğurlamağa heç nə tapmadılar, avadanlıqlara ziyan vurdular

KepezTV Player

Lənkəranda poçt şöbəsindən oğurluğa cəhd olub. Göyşaban kənd Poçt şöbəsində qeydə alınan hadisə barədə polisə məlumat verilib. Məlum olub ki, oğrular binaya pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Seyfi sındıran naməlum şəxs və ya şəxslər heç nə əldə edə bilməyiblər. Əvəzində otaqdakı inventarları yararsız hala salıblar. Hadisəni törədən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində tədbirlərə başlanılıb.

Zülfiyyə Telmanqızı