KepezTV Player
Bu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 407 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9% az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,9% azalaraq 573 nəfər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 162-si həlak olub, 411-i isə yaralanıb. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Belə hadisələrin 85,7%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 454