• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 08.05.2017 12:17

Qadıb boksçularımız Polşadan iki medal dönür

Mayın 3-6-da Polşanın paytaxtı Varşavada kişi və qadın boksçular arasında Feliks Stammanın xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. 34-cü dəfə təşkil olunan ənənəvi yarışa Azərbaycan yığması da qatılıb. 23 ölkənin mübarizə apardığı turnirdə millimiz 6 qadın boksçu ilə təmsil olunub. Komandamız turniri 2 medalla başa vurub. 57 kq-da çıxış edən Anna Əlimərdanova qızıl, 69 kq-da döyüşən Şəhla Allahverdiyeva isə yalnız finalda uduzaraq turniri gümüş medalla tamamlayıb. Yarışı 1 qızıl və 1 gümüş medalla başa vuran qadınlardan ibarət yığmamız komanda hesabında ikinci yeri tutub.

Orxan Cəfərzadə