• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 06.05.2017 17:16

“Azəri” finala çıxdı

KepezTV Player

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qruplarının Azərbaycan  birinciliyində növbəti mövsüm finiş xətti üzərindədir. 12 yaşlıların ölkə yarışında artıq finalçılar məlumdur. Həlledici matçın ilk iştirakçısı “Qəbələ” olubsa, digəri Gəncədə müəyyənləşib. Şəhər stadionunda reallaşan yarımfinal matçında Təhsil Respublika İdman Mərkəzinin “Azəri” komandası “Zirə” ilə qarşılaşıb. Tərəflər arasında Bakıda keçirilən ilk oyun qolsuz heç-heçə ilə nəticələndiyindən cütün taleyi cavab matçındakı nəticədən asılı olub. Görüşün əsas və artırma dəqiqələrində hesab açılmayıb. Belə də 11 metrlik cərimə zərbələrinə ehtiyac duyulub. Penaltiləri daha dəqiq yerinə yetirən “Azəri” finalda oynamaq hüququ qazanıb. Mayın 8-də finaldakı rəqibi “Qəbələ” olacaq gəncəlilərin yenə hədəfi qələbədir. Xatırladaq ki, finala gedən yolda Təhsil futbolçuları öncəki mərhələlərdə “Şəmkir”, “Turan-Tovuz”, “Kəpəz” və “Qarabağ”ı mübarizədən kənarlaşdırıblar.    

Orxan Verdiyev- “Azəri” komandasının baş məşqçisi: “Məncə, uşaq futbolu baxımından bu gün Gəncə futbolunun bayramıdır. “Zirə” güclü komanda idi, Bakı mərhələsini 1-ci yerlə başa vurmuşdu. Buna baxmayaraq uşaqlar xarakter göstərdilər, əzmkarlıq nümayiş etdirdilər və sonda qələbə bizim oldu”.

Azad Rəfi