• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1639
— 06.05.2017 17:13

Gimnastlarımız Bolqarıstanda medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə növbəti beynəlxalq turnir keçirilib. Yarışda ölkəmiz qrup hərəkətləri və fərdi proqramda təmsil olunub. Qrup komandamızın gənc və istedadlı qızları bu dəfə də öz çıxışları ilə hakimlərin rəğbətini qazana biliblər. 15 komanda arasında keçən mübarizədə onlar, yalnız Rusiya və Bolqarıstan qrupundan geri qalaraq çoxnövçülükdə fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.

Azad Rəfi