• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 06.05.2017 10:45

Porsche 911 GT3 Nürburqrinq yolunda 12 saniyə cəld oldu

Ən son Porsche 911 GT3 yarış superkarı məşhur Nürburqrinq yolunu əvvəlkindən 12,3 saniyə tez - 7 dəqiqə 12,7 saniyəyə qət edib. Ancaq markanın ən sürətli avtomobili yenə də hibrid 918 Spyder-dir, o, bu dairəvi yolu 6 dəqiqə 57 saniyəyə keçib. Öz göstəricisini yaxşılaşdıran superkar 7 pilləli cüt muftalı robotlaşdırılmış sürət qutusu, karbon-keramikli əyləclər və Michelin Sport Cup 2 N1 şinləri ilə təchiz olunub. Gediş zamanı havanın temperaturu 8, asfaltın dərəcəsi isə 14-ə bərabər olub. Yeni Porsche 911 GT3 500 at güclü 3,8 litrlik mühərrik, tam idarəedici şassi və daha da təkmilləşdirilmiş aerodinamik kuzov da qazanıb. Sıfırdan “yüz”ə çatmaq üçün bu cür avtomobilə 3,4 saniyəyə kifayət edir. Maksimal sürət isə 318 km/saatdır.

Cavanşir Məmmədzadə