• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2360
— 06.05.2017 10:44

Köhnə VW Golf-a 1233 at güclü motor qoşdular

Boba Motoring adlı alman tüninqi özünün yeni layihəsini təqdim edib. Tünerlər ikinci nəsil Volkswagen Golf modelinə 1233 at güclü motor qoşublar. Belədə maşın cəmi 8,67 saniyəyə 402 metrlik yarış yolunun öhdəsindən gəlib. Gedişin sonunda modelin sürəti 281 km/saata çatıb. Layihənin maraqlı məqamlarından biri odur ki, super sürətli “Qolf” görünüşcə standart versiyadan demək olar fərqlənmir. Avtomobil bioetanol Е85-lə “qidalanan” turbo mühərriklə və müasir tam ötürücülü 4Motion sistemi və ardıcıl transmissiya ilə hərəkət gəlir. Maşın 1180 kiloqram çəkidədir. İlk 100 kilometr 2,5 saniyəyə yığılır, saatda 350 kilometr isə onun ən yüksək sürətidir.

Cavanşir Məmmədzadə