• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 06.05.2017 10:43

Dünyanın ən balaca smartfonu: 4G smartfonu Jelly

Böyük və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtı azalan smartfonlardan bezmisiniz? Elə isə dünyada ən balaca 4G smartfon olan Jelly ilə tanış olun. Galaxy S8 və iPhone 7 ilə müqayisədə sözügedən mobil cihaz, uşaq oyuncağı kimi görünür. Lakin onun 2.45 düymlük ekranına aldanmayın. Belə ki, Jelly, 1.1 qeqaherz tezlikli prosessor, 2 GB RAM və 950 mAs enerji tutumlu batareyaya malikdir. Bu mobil cihazın yaradıcılarının sözlərinə əsasən, Jelly, tam enerji dolu vəziyyətdə 3 gün adi işlətmə rejimində, 7 gün isə avtonom rejimdə çalışa bilər. Müqayisə etsək, 2900 mAs həcmli iPhone 7 və 3500 mAs həcmli Galaxy S8 bir dəfə enerji yığmadan sonra maksimum 1-1.5 gün çalışmaq gücündədir. Bu kiçik smartfon, Android 7.0 Nougat əməliyyat sistemi ilə işləyir. Məlumatların saxlanması üçün Jelly-nin 16 GB daxili yaddaşı var ki, onu microSD vasitəsilə 32 GB-a kimi qaldırmaq mümkündür. Həmçinin Jelly, 8 MP-lik arxa və 2 MP-lik ön kamera ilə təchiz olunub. Bu layihə Kickstarter vasitəsilə reallaşdırılır və hazırda yaradıcılar artıq 250.000 dollar vəsait əldə ediblər. Alıcıların isə onu Kickstarter-də 69$ qiymətinə sifariş vermək imkanları var. Smartfon satışa çıxanda onun qiyməti 109$ təşkil edəcək.

Cavanşir Məmmədzadə