"Ümummlilli lider Heydər Əliyevin müəllifi olduğu aqrar islahat modeli Azərbaycanda 892 min kəndli ailəsini 1.4 mln ha torpaq sahəsinin mülkiyyətçisinə çevirib". Bu fikirlər ADAU-da "Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı" mövzusunda keçirilən elmi-praktiki konfrans zamanı səsləndirilib. Bu gün də ölkədə pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq öz əvvəlki şöhrətini bərpa edir. Çıxışlarda universitetdə aparılan elmi-tədqiqat işlərinin aqrar sahədə sahibkarların tələblərinə uyğun yerinə yetirilməsindən, yeni yaradılmış laboratoriyaların, tədris-təcrübə təsərrüfatının potensial imkanlarından səmərəli istifadə edilməsindən söz açılıb. Ötən il universitetin müəllim və tələbələrinin 20-ə yaxın ölkənin ali təhsil müəssisələrinin konfrans və simpoziumların iştirak etdikləri, təcrübə mübadiləsində olduqları vurğulanıb. 6 bölmədə işini davam etdirən konfrans zamanı ümumilikdə 120 məruzə dinlənilib.
Ruhəngiz Hacızadə
- Baxış: 370