• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2411
— 05.05.2017 12:43

Oğuzda qaz sızması evin partlayışına səbəb oldu

KepezTV Player

Oğuzun Calut kəndində Mərdan Həsənovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib, tikilinin pəncərələri sınıb, 12 kvm. sahə əşyalarla birgə yarasız hala düşüb. 57 yaşlı Leyla Həsənova və oğlu, 37 yaşlı Elnur Həsənov bədənlərinin 3-cü dərəcəli termiki yanıq xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olublar. Onlara lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətlərini nəzərə alaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı