• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 05.05.2017 12:09

Üstlərindən və evlərindən narkotik tapıldı

KepezTV Player

Narkotik bəlasının gətirdiyi müsibətlərdən dəfələrlə söz açılsa da, maarifləndirici tədbirlər həyata keçirilsə də, yenə bu qara əməllə ağ günə çıxmaq istəyənlər var.

Paytaxtın Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini Ruslan Ağayevdən 27,171 qram heroin götürülüb. Onun evindən də 1 kiloqram 150 qram heroin tapılıb.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri ilə 45 yaşlı Seyidsadiq Ağamini yaxalayıblar. Əvvəllər eyni cinayətə görə məhkum olunmuş şəhər sakininin üzərinə baxış zaman 1,002 qram heroin aşkarlanaraq götürülüb. İlkin istintaq zamanı o, törətdiyi əməli etiraf edib.

Daha bir əməliyyatla Seyidsadiq Ağaminin oğlu Seyidrza Ağami və onun nigahdankənar yaşadığı Mehriban Səmədova da saxlanılıblar. Qadının yaşadığı evə baxış keçirilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı