• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1881
— 05.05.2017 12:56

Murad Süleymanov gümüş medalçı oldu

KepezTV Player

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Üçüncü yarış gününü güləşçilərimiz 1 gümüş və 1 bürünc medalla başa vurub. 

55 kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik Türkiyə və Almaniyadan olan rəqiblərini üstələsə də yarımfinalda Bolqarıstan idmançısı ilə gərgin keçən görüşü uduzub. Bürünc medal uğrunda güləşmək haqqı qazanan yığmamızın üzvü serbiyalıya rəqib olub. 48 saniyə ərzində rəqibinə tam üstünlüklə qalib gələn Kolesnik çempionatın bürünc medalını qazanıb.  

74 kq çəkidə yarışan Murad Süleymanov ardıcıl olaraq İspaniya, Fransa, yarımfinalda Rusiya idmançısına qalib gəlib və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Türkiyə təmsilçisi təcrübəli Söner Demirtaş olub. Murad gərgin keçən görüşün ilk 5 dəqiqəsində hesabda üstün olsa da son saniyələrdə təşəbbüsü əldən verib və rəqibin xeyrinə sona çatıb. Belə də ilk dəfə böyüklər yaş kateqoriyasında rəsmi yarışda iştirak edən Süleymanov gümüş medalla kifayətlənib. 

Azad Rəfi