• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 05.05.2017 10:01

“Makbuk”a ultranazik rəqib gəlir: Microsoft Surface Laptop

Microsoft şirkəti 13,5 düym ekranı olan Surface Laptop adlı noutbuk göstərib. O, 13 düymlük MacBook Pro-dan daha sürətlidir, akkumlyatoru isə dayanmadan 14,5 saat işləməyə imkan verir. Yeni leptop Surface seriyasında planşetə çevrilə bilməyən ilk cihazdır. Məsələn onun dönmə mexanizmi yoxdur və ekranı çevirmək olmur. Qacetin klaviaturası Surface Pro 4-də olduğu kimi alkantar materialından hazırlanıb, ekranı isə Surface Pen üçün yararlıdır. Surface Laptop Core i7-dək Intel prosessoru, 1080p PixelSense ekranı, həcmi maksimum 1 terabayt olan SSD-drayvı, USB-A portu və Dolby Premium audiosistemi ilə təchiz olunub. Aparatın çəkisi 1,25 kiloqramdır. Model ilk mərhələdə Core i5-lə 999 dollara satılacaq. O, bazara 15 iyundan çıxacaq, sifarişlər isə elə bu gündən qəbul olunur.

 

Cavanşir Məmmədzadə