• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 05.05.2017 10:02

80-ci illərin maşın-kinoqəhrəmanları ilə dəlisov yarış

Mark Rober adlı YouTube istifadəçisi bir neçə Hot Wheels oyuncaq maşını ilə uzun və maneəli yarış təşkil edib. Bu modellər 1980-ci illərin avtomobil-kino qəhrəmanlarını özündə təcəssüm etdirir. Yarışda “Yol cəngavəri”, “Kabus ovçuları”, “Komanda A”, “Skubi-du” və “Gələcəyə qayıdış” filmlərində populyarlıq qazanan maşınlar iştirak edib. Modellər şəxsi bir evin içərisində və həyətində bir-birilərini ötməyə çalışıblar. Bir neçə maşın hətta suya düşməli olub. Yarış zamanı idman maşınları qazon kəsən və açıq alov kimi maneələri dəf etməli olublar. Müəllif bildirib ki, bununla o, uşaqlıq arzusunu yerinə yetirib. Çəkiliş vaxtı istifadə olunan xüsusi kameralarla görüntülər sürətləndirilib və ya yavaşıdılıb. Deyilənə görə, bütün bunları düzüb qoşan Mark Rober maşın mühəndisliyi üzrə magistratura təhsili alıb və 9 il NASA-da işləyib.

 

Cavanşir Məmmədzadə