• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 04.05.2017 14:42

Gəncə Regional Debat Mərkəzinin yaz kuboku üzrə təlimləri keçirilir

KepezTV Player

20 mayda keçiriləcək region forumuna hazırlıq xarakteri daşıyan təlimlərə Azərbaycan Texnologiya, Aqrar və Gəncə Dövlət Universitetlərinin 100-dən çox tələbəsi qatılıb. Finalda kubok və sertifikat əldə edəcək debatçılar və natiqlər may ayının sonunda respublika turnirinə qatılacaqlar.

Nəzrin Allahverdiyeva- Gəncə Regional Debat Mərkəzinin nümayəndəsi: “Məqsəd gənclərin asudə vaxtlarının daha səmərəli keçirilməsidir. Debatlar onlarda natiqlik qabiliyyətinin daha da inkişaf etdirilməsinə hesablanıb”.

Xəyalə Mürsəl