• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 936
— 04.05.2017 14:29

Bazarlara nübar meyvələr çıxıb: qiymətlər dağ başında

KepezTV Player

Nübar meyvələrin vaxtıdır. İlboyu istixanalarda yetişdirilən meyvə və tərəvəzlər indi təbii şəraitdə əldə edilərək satışa çıxarılıb. Gəncənin bazarlarında da çiyələk, gilas, alça, badımcan, bibər və digər bu kimi meyvə və tərəvəzləri almaq imkanı var. Nübar olan məhsullar və onların qiymətləri barədə əməkdaşlarımız maraqlanıb.

Əmrah Əmrahov –alıcı: “Qiymətlər nisbətən bahadır. Amma nübarlıqdı də az da olsa almalıyıq. Əsas da odur ki, onun dadı nübarlıqdadır. Evdə uşaq istəyir, özümüzün ürəyimiz istəyir, almalıyıq. Bir azdan bol olandan sonra dadı qaçır”.

Ağız dadını qaçırmamaq istəyənlər daha çox alça və çiyələk almağa üstünlük verirlər. Eləcə də satışda gilasa da rast gəlmək mümkündür ki, bunun da alıcısına rast gəlinir. Piştaxtalara, eləcə də təzə pomidor, xiyar, badımcan, bibər, lobya, kartof və kələm də çıxarılıb. Meyvə-tərəvəzlər nübar olduğu kimi qiymətləri də bir qədər bahadır.

Ramin Əliyev- satıcı: “Alçanın kilosu 4-7 manat arasıdır, xiyar 1-2 manat, pomidor 4-5 manat, çiyələk isə 7 manatdır. Bahadır, biz də istərdik ki, ucuz olsun satılsın. Gətirici baha verir, biz də baha satırıq”.

Elxan İsayev-satıcı: “Çiyələk 6 manat, alça 4-5 manat, lobya da 5 manatdı. Bunların hamısı Şəmkirdən, Goranboydan gətirilir. Bahadır ona görə də alcılıq qabiliyyəti zəifdir”.

Mətanət Hüseynova- alıcı: “Hələ ki, gücümüz çatan qədər alırıq. 300-500 qram nübarlıq üçün alırıq. Ucuz olsa satanın da işi, bizim də işimiz yaxşı olar. Alça, çiyələk, gilas almışam, hərəsindən nübarlıq üçün 500 qram”.

Adətən nübarlıq məhsulları aprel ayının sonu may ayının əvvəlində bazarlarda görməyə alışmışıq. Satışa çıxarılan məhsulun həcmi artdıqca mütəxəssislər onun qiymətinin də ucuzlaşacağını deyir. 

Elnur Vahidoğlu