• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 04.05.2017 13:31

Ölkəyə 5400 aksiz markasız siqaret keçirilməsinin qarşısı alındı

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ -21012" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonunda ayaqaltılarının altından və arxa oturacağın içərisində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 5400 ədəd siqaret aşkar edilib.

Zülfiyyə Telmanqızı