• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2253
— 04.05.2017 13:30

Ucarda ər arvadını baltalayıb

KepezTV Player

Hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib. Bağbanlı kənd sakini, 61 yaşlı Məhərrəm Mahmudov ailə münaqişəsi zəminində arvadı 51 yaşlı Şamama Mahmudovanın bel və baş nayihələrinə balta ilə bir neçə zərbə vurub. Əraziyə təcili yardım briqadası çağırılıb. Yaralı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılıb. Tibbi müdaxilələrə baxmayaraq, vəziyyəti ağırdır. Hüquq- mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Məhərrəm Mahmudov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Zülfiyyə Telmanqızı