• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1209
— 04.05.2017 13:25

İki yol qəzası nəticəsində 1 nəfər öldü, 1 nəfərsə yaralandı

KepezTV Player

Bakıda iki yol qəzası baş verdi. Avtomobilin vurduğu piyadanın yaşamaq şansı qalmadı. Toqquşan avtomobillərin birinin sürücüsü isə xəstəxanalıq oldu. 

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. Bakıxanov qəsəbəsində avtomobil gənc oğlanı vurub. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər artıq şəxsin öldüyünü müəyyən ediblər. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə aparılıb. Sürücü isə saxlanılıb.

Qaradağ rayonunda iki yük avtomobili toqquşub. Hadisə Dairəvi yolda baş verib. Gürcüstan vətəndaşı Malxaz Abuladze “Volvo” markalı yük avtomobilində idarəetməni itirib. Nəticədə “Volvo” qarşısında hərəkətdə olan İlham Fətiyevin idarə etdiyi qumla dolu “Kamaz”a çırpılıb. “Kamaz” yolun hərəkət hissəsindən çıxıb. Ayağı sınan Malxaz Abuladze xəstəxanaya çatdırılıb. 

Faktlarla əlaqədar araşdırmalara başlanılıb.

Zülfiyyə Telmanqızı