• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 04.05.2017 12:55

5 yaşlı Kənan sünnət edilərkən öldü…

KepezTV Player

Bugün ad gününü qeyd edəcəkdilər...

 Masallı rayonunda azyaşlı sünnət olunarkən dünyasını dəyişib. Hadisə rayonun Musaküçə kəndində baş verib. 5 yaşlı Kənan Hüseynovun sünnət edilməsi üçün evə həkim çağırılıb. Uşağın yaxınlarının sözlərinə görə, həkim azyaşlının ağladığını və narahat olduğunu görərək, ona 2 iynə vurub və uşağa sakitləşməsi üçün hədə-qorxu gəlib. Ardınca Kənanın yaxınlarının otaqdan çıxmasını tələb edib. Qəfildən halı pisləşən uşaq dünyasını dəyişib. Azyaşlının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə aparılıb. Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov bildirib ki, uşağı sünnət etmək üçün dəvət olunmuş Ramiz Sadıqov yaşla əlaqədər təqaüdə göndərilmiş həkimdir. Polis faktla bağlı araşdırmalara başlayıb. Bugün ailənin yeganə övladı olan Kənan Hüseynovun doğum günüdür. Onun atası da ötən il avtoqəzada dünyasını dəyişib.

Zülfiyyə Telmanqızı