UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib. Finala vəsiqə qazanmaq uğrundakı mübarizədə “Monako” ilə “Yuventus” üz-üzə gəliblər. İstər daxili, istərsə də qitə miqyaslı yarışda cari mövsümü əla keçirən komandaların oyunu böyük maraq doğurub.
“Knyazlıq klubu” “qoca sinyora”nın “dəmir müdafiə”sini yarmağa çalışsa da, bu onlara qismət olmayıb və görüş qonaqların qələbəsi ilə nəticələnib. Turin klubu səfərdə Qonsalo İquaynın dubluyla 2:0 hesabıyla qalib gələrək finala yaxınlaşıb. Argentinalı hücumçu hər hissədə bir qol vurub.
Bu komandalar arasında cavab görüşü bir həftə sonra İtaliyada keçiriləcək.
Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
3 may
“Monako” (Fransa) – “Yuventus” (İtaliya) - 0:2
Qollar: İquayn, 29, 59
Azad Rəfi
- Baxış: 312