• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 04.05.2017 12:13

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. “Ayaks” turnirin favoritlərindən sayılan “Lion”u qəbul edib.

Amsterdam təmsilçisi "Lion"un qapısından 4 qol keçirib. İlk yarıda Bertrand Traore və Kasper Dolberq qonaqların qapısına dəqiq zərbə endirib. İkinci hissənin əvvəlində “Ayaks” 3-cü məhsuldar hücumla yadda qalıb. Amin Yunes fərqlənib. Rəqibin gücü təsəlli qoluna çatıb. Valbuena hesab arasındakı fərqi azaltsa da, qalan vaxtda Traore ilə daha bir qol vuran ev sahibləri 3 topluq fərqi bərpa ediblər. Bir səfər qolu sayəsində "Lion"un cüzi də olsa şansı qalıb. Amma Amsterdam klubunun evdə qazandığı üstünlüyü Fransada əldən verəcəyi inandırıcı görünmür.

Bu gün AL-da yarımfinal mərhələsində ikinci oyun keçiriləcək. İspaniya “Selta” ilə “Mançester Yunayted” qarşılaşacaq.

 

Avropa Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

 

3 may

“Ayaks” (Hollandiya) – “Lion” (Fransa) - 4:1

Qollar: Traore, 25, 71, Dolberq, 34, Yunes, 49 - Valbuena, 66

 

4 may

23:05. “Selta” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

 

Azad Rəfi