Şotlandiya startapı MacRebur, tərkibində işlənmiş plastiklər olan qarışıq asfalt hazırlayaraq yola döşəyib. İlk belə yol Böyük Britaniyanın Kambriya qraflığında salınıb. Müəlliflər yolun dəqiq tərkibini açıqlamasalar da, məlum olub ki, təkrar emal olunan plastik, neftdən alınan bitum materialını əvəzləyib. Bitumun yerini indi plastik tullantılardan hazırlanmış kiçik qranullar tutub. Startapçılar iddia edirlər ki, plastik yollar, ənənəvi asfalt örtüklülərdən 60 faiz daha dözümlü və 10 dəfə daha uzunömürlüdür.
Cavanşir Məmmədzadə
- Baxış: 605