Porsche Cayenne təxminən 285 tonluq Airbus A380 təyyarəsini özü ilə çəkib aparıb. Yolsuzluq maşını belə vəziyyətdə 42 metr məsafə gedib. Göstərici isə Ginnesin rekordlar Kitabına düşüb. Porsche şirkəti qeyri-adi sınağı Parisin Şarl-de-Qoll aeroportu və Air France aviaşirkəti ilə birgə keçirib. Dünyanın ən böyük sərnişin təyyarəsini eyni vaxtda Cayenne-nin iki versiyası dartıb. Bunlar 385 at güclü 8 silindri olan S Diesel motorlu və 570 at güclü 4,8 litrlik V8 Turbo S motorlu versiyalardır. Hər iki maşına yalnız bir xüsusi avadanlıq quraşdırılıb, bu da təyyarə ilə avtomobili birləşdirmək üçündür.
Cavanşir Məmmədzadə
- Baxış: 461