• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1025
— 03.05.2017 16:09

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına digər yığma komandalarımız kimi paralimpiya üzrə cüdo millimiz də ciddi hazırlaşır

KepezTV Player

Paralimpiyaçılar mötəbər yarışa hazırlığın əsas hissəsini ölkə xaricində keçib. Tatami ustalarımız ötən ay iki həftə Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışında olub. Millimizin üzvləri Litva, Yunanıstan və İsveç cüdoçuları ilə birgə məşq edib. Qonşu ölkədəki toplanışa əsasən İslam həmrəylik oyunlarında heyətə daxil edilən paralimpiyaçılar qatılıb. Hazırlıqda gəncəli paralimpiya çempionu Ramil Qasımov da yer alıb.

Ramil Qasımov – paralimpiyaçı: “Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir. Biz bu məqsədlə hazırlıq keçdik. Komandamızın təlim-məşq toplanışı nədən ibarətiydi. Tatami üzərində texnikalar üzərində işlədik və fiziki məşqlər də etdik. Yəni toplanış bu səpkidə keçdi”.

Ramil Rio Paralimpiya oyunlarındakı uğurunu təkrarlayaraq bu yarışda da qalib olmaq arzusundadır.

Ramil Qasımov – paralimpiyaçı: “Biz təlim-məşq toplanışında əziyyət çəkirik ki, bunun bəhrəsini görək. İslam Oyunları vətənimizdə keçiriləcək. Bunun özü də bir məsuliyyətdi. İkiqat səy göstərməliyik və ölkəmizdə bayrağı qaldırıb, himnimizi səsləndirmək bizim üçün fəxrdir”.

Cüdoçu müsahibəsində İslam Oyunlarındakı rəqiblərini də dəyərləndirib.

Ramil Qasımov –paralimpiyaçı: “İslam Oyunları olduğu üçün burada islam ölkələrinin idmançıları iştirak edəcək. Onların içərisində əsas rəqiblərimdən biri özbək idmançıdı. Qazax idmançı da güclüdü. Başqa yeni cüdoçular da var ki, onlarla ilk dəfə üz-üzə gələcəm. Buna görə həmin rəqiblərimi çox tanımıram”.

Paralimpiyaçılarımız Qoridən sonra ilk olaraq Sumqayıt, ardınca isə İsmayıllıda toplanışda olublar. Oyunlara yığmamız 12 nəfərlik heyətlə qatılacaq. İslamiadada paralimpiyaçıların cüdo yarışları mayın 13,14 və 15-i tarixlərində baş tutacaq.

 

Orxan Cəfərzadə